9 C
Baku
Thursday, December 12, 2024

SQL Developer – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
SQL Developer – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
03.02.2022

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək;
  • Agentliyin müəyyənləşdirilmiş Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanılması;
  • Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək;
  • Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq;
  • Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq;
  • Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək;
  • Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək;
  • Agentliyin istifadəsində olacaq məlumat bazaları üzrə digər mütəxəssislərə dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Texniki sahə üzrə təhsil arzuolunandır);
  • SQL sorğuların yazılması üzrə minimum 2 il iş təcrübəsi;
  • DBMS (PostgreSQL, MySQL və s.) məlumat bazaları üzrə dərin biliklər;
  • SQL/PL-SQL/T-SQL/PgSQL üzrə biliklər;
  • SQL sorğuların optimallaşdırılması üzrə biliklər;
  • Proqram təminatı nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq;
  • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;
  • Komanda şəklində işləmə bacarığı;
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
  • CV-lər qeyd edilən e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta