14 C
Baku
Sunday, November 24, 2024

Sosial sığorta hesabınızdakı kapitalın miqdarını öyrənməyin üsulu

0

Have a Question?

Bu xidmət vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları əldə edirlər. Elektron xidmətdən istifadə etmək üçün iki əsas üsul movcuddur. Qeyd edək ki, elektron xidmətlərdən başqa siz eyni zamanda qeydiyyatda olduğunuz rayon üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şöbəsinə yaxınlaşaraqda öyrənə bilərsiniz.

Birini üsul: 

www.e-gov.az – “Elektron Hökumət Portalı”na daxil olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətini seçmək lazımdır.

İkinci üsul:

www.e-sosial.az – saytına daxil olaraq “Fərdi şəxsi hesab” açaraq sosial sığorta kapitalınızdakı məbləğin miqdarına və hansı illərdə nə qədər vəsaitin köçürüldüyü haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Nəzərinizə çatdırım ki, ilk öncə yuxarıda adları qeyd olunan saytlarda qeydiyyatdan keçməyiniz mütləqdir. Çətinlik çəkən şəxslər aşağıdakı linkə daxil olaraq “Sığortaolunanlara məlumatların verilməsi” təlimatını yükləyərək tanış ola bilərlər.

Onu da qeyd etmək istərdim ki, bu məlumatlar şəxsin fərdi məlumatları olduğundan yalnız özünüz tərəfindən birbaşa sayta daxil olaraq əldə etməyiniz tövsiyyə olunur.