Bakı
16.03.2023
Vakansiyanın təsviri
- Gündəliyin hazırlanması prosesinə cavabdehlik daşıyır və nəzarət edir;
- Rəhbər üçün korporativ sənədlərin toplanıb saxlanmasını təmin edir;
- Həssas və mürəkkəb məsələlərin peşəkar və obyektiv şəkildə həll edilməsində iştirak edir;
- Görüşlər öncəsi bütün məlumatların rəhbər üçün mövcud olmasını təmin edir;
- Departament və şöbələrlə koordinasiyada olur;
- Rəhbərin görüş qrafikini, logistikasını və gündəliyini tənzimləyir;
- Rəhbərin icra olunmalı qərarlarının şirkətdə vaxtında və düzgün yayılmasını təmin edir;
- Əsas korporativ sənədləri və qeydləri saxlayır;
- Rəhbər üçün hesabatların hazırlanmasını təmin edir;
- Sənədlərin nizamnamə və normativ tələblərə uyğun olmasını təmin edir;
- Rəhbərin qərarlarının həyata keçirilməsinə köməklik göstərir və mütəmadi olaraq qərarların icrasının statusu ilə bağlı rəhbəri məlumatlandırır;
Xüsusi tələblər
- Biznes, hüquq və ya dövlət idarəçiliyi sahəsində ali təhsil, magistr dərəcəsi üstünlükdür;
- Müvafiq sahədə 3 ildən çox təcrübə, təşkilatçılıq və korporativ idarəetmə vəzifəsində təcrübəyə üstünlük verilir;
- Təfərrüatlara xüsusi diqqət yetirməklə mükəmməl planlaşdırma və təşkilatçılıq səriştəsi və güclü inzibati bacarıqlar;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Korporativ hüquq və korporativ idarəetmə anlayışı;
- Məxfi və son dərəcə həssas məsələlərlə bağlı sağlam düşüncə, mülahizə, diplomatiya və yüksək əxlaqi keyfiyyətlər;
- Azərbaycan, ingilis və rus dillərində işgüzar səviyyədə səlis danışıq bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |