7 C
Baku
Sunday, December 15, 2024

Biznes Qrupu daxilində baş mütəxəssis – PASHA Holding

0
Biznes Qrupu daxilində baş mütəxəssis – PASHA Holding
Bakı
16.03.2023

Vakansiyanın təsviri

 

  • Mürəkkəb informasiyanı təhlil etmək və başa düşmək, bunun üçün biznes strategiyası, maliyyə göstəriciləri və bazar dinamikası (o cümlədən ən qabaqcıl təcrübə) arasında əlaqələr qurmaq;
  • Mövcud maliyyə vəziyyətini daha yaxşı başa düşmək və portfel şirkətlərinin perspektivlərini qiymətləndirmək üçün kompleks maliyyə yoxlaması aparmaq;
  • Portfel şirkətlərinin strateji planlaşdırmasını və fəaliyyət effektivliyinin idarə edilməsini (bençmarkinq daxil olmaqla) dəstəkləmək üçün analitik istifadə ssenariləri hazırlamaq və icra etmək;
  • Ekosistemin genişləndirilməsi imkanları üçün təsdiq edilmiş strateji plana uyğun olaraq iqtisadi və/və ya istismara yararlılıq baxımından texniki-iqtisadi əsaslandırmalar aparmaq;
  • Portfel şirkətlərinin öz missiya və strateji prioritetlərinə uyğun olaraq fəaliyyət effektivliyini dəqiq ölçmək üçün əsas fəaliyyət göstəricilərini (ƏFG) müəyyən və təsdiq etmək;
  • Portfel şirkətlərinin strateji və illik fəaliyyət effektivliyinin idarə edilməsi prosesinin inzibati təminatını, o cümlədən məqsədlərin/hədəflərin müəyyən edilməsi, izlənilməsi və qiymətləndirilməsini təşkil etmək;
  • Daxili və çox funksional layihələri (və ya istifadə ssenarilərini) idarə etmək/dəstəkləmək;
  • Portfel şirkətləri, funksional bölümlər, fəaliyyət istiqamətləri və xarici tərəflər boyu əsas maraqlı tərəflərlə ünsiyyət və əlaqələri təmin etmək;
  • Əlaqə saxlanılmalı əsas şəxslər ilə əməkdaşlıq edərək portfel şirkətləri, funksional bölümlər və fəaliyyət istiqamətləri arasında biznes və təşkilati məsələlərin uyğunlaşdırılmasına şərait yaratmaq;
  • Analitiklər komandasına əlaqədar mövzular üzrə tövsiyələr və dəstək vermək;

 

Xüsusi tələblər

 

  • İdarəetmə konsaltinqi, sövdələşmələr/əməliyyatlar üzrə məsləhətlərin verilməsi, maliyyə, strategiya, analitika və ya investisiyalar sahəsində 4 ildən artıq funksional təcrübə;
  • Maliyyə xidmətləri, rəqəmsal biznes, e-ticarət, maliyyə-texnoloji, istehlak malları/pərakəndə satış, telekommunikasiya, özəl kapital sahələrində 6 ildən artıq təcrübə güclü bir üstünlük hesab olunur;
  • Güclü ünsiyyət bacarıqları – yazılı və şifahi təqdimat bacarıqları, fikirləri effektiv və inandırıcı şəkildə ifadə etmək qabiliyyəti;
  • Layihələrin idarə edilməsi sahəsində təsdiqlənmiş təcrübə;
  • Maliyyə modelləşdirməsi, kompleks yoxlama, araşdırma və sövdələşmələrin qiymətləndirilməsi üzrə yüksək səviyyədə inkişaf etdirilmiş bacarıqlar
  • Tənqidi düşünmək, təşəbbüsü öz üzərinə götürmək və operativ qərar qəbul etmək qabiliyyəti;
  • Gərgin şəraitdə işləmək və təyin edilmiş çox qısa müddətlərə riayət etmək qabiliyyəti;
  • Analitik (məsələn, Excel, Alteryx, DataIKU) alətlər və BI vizualizasiyası (Tableau, Power BI) proqram təminatı ilə əvvəllər iş təcrübəsinin olması üstünlük hesab olunur;
  • CFA kimi sertifikatların olması üstünlük hesab olunur;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər