14 C
Baku
Monday, September 30, 2024

Sektor müdiri (Daxili nəzarət sektoru) – AQTA

0
Sektor müdiri (Daxili nəzarət sektoru) – AQTA
Bakı
13.04.2023

Vakansiyanın təsviri

  • Agentliyin  strukturuna daxil olan qurumlarda daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Agentliyin  strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • Agentliyin  strukturuna daxil olan qurumların əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə sektora vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət orqanlarından daxil olmuş müraciətlər (təqdimatlar) üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasına rəhbərlik etmək;
  • Agentliyin  strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozma halları, yoxlama və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;
  • fəaliyyət istiqamətləri üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, qanunvericiliyin tələblərinə uyğun daxili nəzarət proqramlarını tərtib etmək, Agentliyin  strukturuna daxil olan qurumlarda aparılacaq monitorinq və yoxlama planlarının hazırlanmasını təmin etmək;
  • Agentliyin  strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair fəaliyyət istiqamətləri üzrə təkliflər vermək, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;
  • daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə materialların hüquq mühafizə orqanlarına aidiyyəti üzrə göndərilməsi barədə Agentliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;
  • korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Agentliyin  strukturuna daxil olan qurumlarda daxili araşdırma aparmaq və nəticəsi barədə Agentliyin rəhbərliyinə məlumat vermək;
  • fəaliyyət istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və yeniliklərin tətbiqi məqsədilə Agentliyin rəhbərliyinə təkliflər vermək;
  • Agentliyin  strukturuna daxil olan qurumlar üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və Agentliyin rəhbərliyinə təkliflər vermək;
  • daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, Agentliyin rəhbərliyinə təkliflər vermək;
  • iş proseslərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına öncədən, cari və sonradan nəzarətin təmin olunması məqsədilə Agentliyin strukturuna daxil olan qurumlara əməli-metodiki köməklik göstərilməsi işini təşkil etmək;
  • qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında sektorun fəaliyyətinə köməklik edən şəxslərlə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
  • Agentliyin inzibati binalarının yanğından mühafizəsi ilə bağlı tədbirlər görmək;
  • Agentliyin regional bölmələrinin fəaliyyətində baş vermiş nöqsanların araşdırılması və aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
  • fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
  • qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Sektor üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim etmək;
  • Agentlik rəhbərliyinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək;
  • Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
  • rəhbərlik tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik etmək;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar vermək;
  • Sektorda dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilmə formasının vaxtında kadr xidmətinə təqdim edilməsini təmin etmək, sektor üzrə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələri barədə hesabatı hazırlamaq, imzalamaq və sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
  • Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 960

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, tibbi profilaktika, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , politologiya, regionşünaslıq (regionlar üzrə), beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, kimya, biologiya, ekologiya, kimya mühəndisliyi, zootexniklik, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, şərabçılıq, əczaçılıq, tibbi biologiya, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti, ictimai təhlükəsizlik və idarəetmə, xüsusi təyinatlı texnika və sistemlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər