13.04.2023
Vakansiyanın təsviri
- Neft və neft-kimya sahəsinin (bundan sonra-müvafiq sahə) perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarının təmsil edilməsi;
- Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcıların istehsalının və istehlakının proqnoz göstəricilərinin hazırlanması, onları rəhbərliyə təqdim edilməsi və bu sahədə həyata keçirilən tədbirlərdə iştirak edilməsi;
- Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının müvafiq göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsi və rəhbərliyə təqdim edilməsi, həmçinin aidiyyəti şöbələrlə birlikdə onun yerinə yetirilməsi üçün görülən tədbirlərdə iştirak edilməsi;
- müvafiq sahədə yerin təkinin geoloji öyrənilməsi və mineral-xammal bazasının inkişafı sahəsində dövlət proqramlarının hazırlanmasının təşkilində və həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edilməsi;
- dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təsdiq edilməsində iştirak edilməsi;
- müvafiq sahə üzrə resurslara qənaət və bu resurslardan effektiv istifadə sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edilməsi;
- aidiyyəti şöbələrlə birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin sektorun fəaliyyətinə uyğun dövlət tənzimlənməsində iştirak edilməsi;
- müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edilməsi;
- müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edilməsi;
- Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
- müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edilməsi;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edilməsi;
- müvafiq sahənin inkişaf dinamikasının təhlil edilməsində iştirak edilməsi;
- fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların hazırlanmasında iştirak edilməsi;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflərin hazırlanması;
- Azərbaycanda və dünyada müvafiq sahədə baş verən dəyişikliklərin təhlilinin və icmalının aparılması;
- müvafiq sahədə Dövlət Proqramlarının layihələrinin hazırlanması, dəyişikliklər edilməsi və ya qüvvədən düşməsi barədə təkliflərin verilməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq sahəyə tətbiqi praktikasının ümumiləşdirilməsində iştirak edilməsi, onun təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması;
- şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsində iştirak edilməsi;
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
- Təhsilə dair tələblər: kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, geologiya , geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, kimya mühəndisliyi ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə – yüksək səviyyədə
- Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
- Müsahibədə iştirak etmək hüququ verən sertifikat AB3
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |