Bakı
19.04.2023
Bilməlidir:
- Daxili audit Departamentinin fəaliyyətinin təşkil və idarə olunmasını təşkil etmək.
- Daxili Audit layihələrinin həyata keçirilməsini təşkil etmək.
- Mürəkkəb mühasibat uçotu prosedurları haqqında dərin biliyə malik olmaq, yarana biləcək mühasibat problemlərini müəyyən edə bilmək və onların aradan qaldırılması istiqamətində tövsiyyələr vermək.
- Audit yoxlamaları zamanı meydana çıxan ən aktual və vacib məsələləri həll etmək üçün onların prioritetlərini müəyyənləşdirmək və həlli üçün müvafiq resurslar yönləndirmək.
- Fırıldaqçılıq və ya texniki səhvlər üzrə detektiv və preventiv daxili nəzarət mexanizmlərinin hazırlanması, tətbiqi və mütəmadi olaraq bu mexanizmaların işləməsinin yoxlanılması.
Vəzifə funksiyası:
- Təyin olunmuş audit sahəsi üzrə geniş, ətraflı və praktik audit planın hazırlanması.
- Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək.
- Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək.
- Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq.
- Rəhbərliyi auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama qrafikini və əhatəsini optimallaşdırmaq.
- Aparılmış audit prosedurlarının nəticəsi olaraq hazırlanan audit hesabatlarını nəzərdən keçirərək hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq.
- Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək.
- 1C üzərindən işin gedişatının sənəd dövrüyyəsinə nəzarətin təşkil edilməsi.
- Tikinti layihələrinin büdcəsinin yoxlanılması, yekun mənfəətliliyə dair hesabatların yoxlanılması.
- Layihənin gedişatı müddətində büdcəyə nəzarətin aparılması, faktiki xərclərin büdcəyə uyğunluluğunun yoxlanılması
Namizədə dair tələblər:
- İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil
- Minimum 5 il əlaqəli sahələrdə iş təcrübəsi. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
- Kompüter bilikləri: 1C və MS Office əla səviyyədə.
- İnşaat və Smeta işləri üzrə biliklərin olması.
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
Maraqlanan namizədlər mail ünvanına Daxili Audit Departamentinin Meneceri başlığı ilə CV göndərə bilər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |