Bakı
28.09.2023
Vəzifə və Öhdəlikləri:
- Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
- Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsi;
- Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi,
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət edilməsi;
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
- Smeta sənədlərinin uçotunun aparılması, smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
- Tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması üsulları, hazırlanmaqda olan layihələrin keyfiyyətinin qiymətləndirilməsi;
- Təşkilatın və rəqiblərin layihələrinin həyata keçirilməsi təcrübəsinin, çətinliklərin və uğursuzluqların səbəblərinin, dizayn obyektlərinin istismarına dair məlumatların təhlil edilməsi;
- Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
Namizədə tələblər:
- Ali təhsil;
- Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 10 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
- Microsoft Office, AutoCAD, ArchiCAD, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
- Təşəbbüslər ilə çıxış etmək bacarığı;
Əmək şəraiti:
- Həftə içi 5 gün (saat 09:00-18:00)
- İstirahət günləri: Şənbə və Bazar;
- Korparativ nömrə (korporativ paket);
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyənləşdiriləcək.
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, D.Səfərov 9.
Namizədlər CV-lərini [email protected] və [email protected] ünvanlarına göndərə bilərlər.