18 C
Baku
Sunday, September 29, 2024

Treyder, Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇ – Azərbaycan Respublikası Dövlət Neft Fondu

0
Treyder, Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇ – Azərbaycan Respublikası Dövlət Neft Fondu
Bakı
03.11.2023

Vakansiyanın təsviri

• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.
• Maliyyə bazarlarındakı tendensiyalarla birlikdə İnvestisiya siyasəti çərçivəsində kapital və alternativ investisiyalar alt portfelində taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
• Strategiya ilə müəyyən edilmiş səhmlərin və alternativ investisiyaların ticarətini həyata keçirmək.
• Portfelə daxil olan özəl fondları idarə edən qurumlar tərəfindən ayrılmış investisiyaların bu fondların investisiya strategiyalarına uyğunluğunu təmin etmək.
• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
  • Azərbaycan və ingilis dilləri səlis səviyyədə bilmək tələb olunur.
  • Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər