16 C
Baku
Sunday, November 3, 2024

Mühəndis – Azəristiliktəchizat ASC

0
Mühəndis – Azəristiliktəchizat ASC
Bakı
27.12.2023

Əsas vəzifə öhdəlikləri:

  • İstilik təchizatı obyektlərinin fəaliyyətində təmir və tikinti işlərinin müvafiq standart və qaydalara uyğun şəkildə icrasının təmin edilməsi;
  • Texniki hesabatlar, aktlar və layihənin dəyəri sənədlərinin hazırlanması, sxematik diaqramların tərtib edilməsi;
  • Enerji (qaz, su və elektrik enerjisi) sərfiyyatının izlənilməsi, enerji və iqtisadi səmərəliliyin analizi;
  • İstilik enerjisinin istehsalı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, müvafiq data təhlilinin aparılması;
  • Avadanlıqların təmiri üçün təkliflərin işlənilməsi, əməliyyat planlarının hazırlanması;
  • Başa çatan layihələrə texniki nəzarət və istismara qəbulun təşkil edilməsi;
  • Ekoloji pasportların və müvafiq ekoloji və statistik hesabatların hazırlanması;
  • Bütün işlərin sağlamlıq, təhlükəsizlik və ətraf mühitin standartlarına uyğun olaraq aparılması;
  • İstilik sisteminin perspektivli inkişafı üçün təkliflərin işlənib hazırlanması;
  • Sistem effektivliyini artırmaq və texniki məsələləri həll etmək üçün funksional heyət və layihə qrupları ilə əməkdaşlıq;
  • İstilik enerjisi sistemlərinin texnologiyaları və cari sənaye trendləri ilə bağlı biliklərin mütəmadi yenilənməsi;

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Texniki ixtisaslar üzrə bakalavr təhsilinin olması (İstilik energetika mühəndisliyi arzuolunandır);
  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • İstilik şəbəkələri və istilik təchizatı sistemləri haqqında biliklərin olması;
  • MS ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint və s.) və  AutoCAD ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dili mütləqdir, ingilis və rus dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Layihələrin idarəolunması bacarığı;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmə bacarığı;

İş mühiti:

  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində və sahələrdə icra olunur.
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur
  • İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühəndis” yazaraq 10.01.2024-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT