7 C
Baku
Thursday, December 12, 2024

Mütəxəssis / Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi – Azərbaycan Respublikasının Təhsil İnstitutu

0
Mütəxəssis / Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi – Azərbaycan Respublikasının Təhsil İnstitutu
Bakı
26.07.2024

Vakansiyanın təsviri

  • Qiymətləndirmə sahəsində araşdırma və tədqiqatların aparılması,
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması,
  • Araşdırma və təhlil nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən təkliflərin verilməsi;
  • Təhsilin bütün pillə və səviyyələrində nailiyyətlərin qiymətləndirilməsinə dair tövsiyənin hazırlanması;
  • Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi,
  • Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması,
  • Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həlli üçün hipotezalar yarada bilmək bacarığı,
  • Dataların təmizlənməsi və emala uyğun formaya salınması,
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması,
  • Məqalələr, tezislərin yazılması.
  • İş qrafiki: 5 günlük (09:00 – 18:00)
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.

Xüsusi tələblər

  • Data analitikası üzrə minimum 1 il iş təcrübəsi,
  • Ümumi 3 ildən az olmayaraq iş təcrübəsi,
  • Verilənlərin statistik təhlili və vizuallaşdırılması üzrə proqram təminatları ilə işləmək bacarığı (R və ya Python, Power BI, MS Excel, Powerpoint vs.), ·
  • Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı, rus dili arzuolunandır,
  • Analitik/kritik düşünmə, detallara diqqət və rəqəmlərlə işdən zövq almaq,
  • Alqoritm qurma bacarığı və analitik-alqoritmik düşünmə qabiliyyəti,
  • Effektiv ünsiyyət, komandada işləmək bacarığı

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “mütəxəssis” qeyd edərək 15 avqust 2024-cü il tarixinə kimi [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün[email protected]