Bakı
31.07.2024
Əməliyyatlar üzrə mütəxəssisin vəzifəsinin profilinə aşağıdakılar daxildir:
- İş yeri: Ələt;
- Ali təhsil ( Nəqliyyatda daşımalar və yükaşırma işlərinin təşkili mühəndisliyi, Biznes analitika və oxşar ixtisaslar arzuolunandır);
- MS Office proqramları, xüsusən MS Excelin sərbəst istifadəsi;
- İngilis və rus dillərindən ən azı biri (arzuolunandır);
- İş təcrübəsi (Logistika və nəqliyyat sahəsi üzrə ən azı 1 il arzuolunandır).
Bilməlidir:
- Beynəlxalq yükdaşıma sənədlərini tanımalı və oxuya bilməli;
- Yükaşırma avadanlıqlarını tanımalı və əməliyyatları bilməli.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını bilməsi arzuolunandır.
Davranış bacarıqları:
- Məsuliyyətli və etibarlı iş;
- Danışıqların aparılması, yüksək ünsiyyət bacarığı;
- Təqdimat bacarıqları;
- Təhlil bacarıqları.
Öhdəliklər:
- Şturman hesablarının və tərtib edilmiş vaqon vərəqələrinin vaxtında verilməsini izləmək, göndərilən yüklər üçün sifarişləri, tapşırıqları rəhbər tutaraq onları işləmək;
- Tərəzidə çəkilmiş nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;
- Yükləri anbara qəbul etmək və anbardan müvafiq qaydada yola salmaq, yola salınmış yükləri nəzərə almaqla qalıq yüklərin məlumatının hazırlanmasında iştirak etmək;
- Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;
- Terminal üzrə həyata keçirilmiş əməliyyatlar barədə bütün dataları toplamaq, analiz edərək müvafiq hesabatları hazırlamaq;
- Yükaşırma əməliyyatlarına nəzarət etmək, resurs planlaşdırılmasında və növbəyə çıxan işçi sayının planlaşdırılmasında köməklik etmək;
- ÜYT tərəfindən təyin edilmiş məqsədlərə nail olmaq və məqsədlərə nail olmaq üçün səy göstərmək və müvafiq təkliflər vermək;
- Yükaşırma prosesində iştirak edən digər struktur bölmələrə və podratçı şirkətlərə nəzarət etmək və hər hansı problem yaranarsa müvafiq tədbir görmək;
Qeyd: Nəqliyyat, qida və digər qurum daxili xidmətlərlə təmin ediləcəkdir.
Tələblərə cavab verən namizədlər mail adresinə “Əməliyyatlar üzrə mütəxəssis” yazaraq öz cv-lərini göndərə bilərlər.
Müraciət üçün son tarix 10 avqust 2024-cü il.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |