Bakı
06.08.2024
Vəzifə öhdəlikləri:
- Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
- Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirilməsinə nəzarət edir;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
- E-qaimələrin yazılmasına nəzarət;
- İdxal xərclərinin uçotu;
- Daxili və xarici daşınmaların uçotu;
- Əmək haqların hesablanması
Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil)
- Minimum 5 il baş mühasib vəzifəsi üzrə təcrübə.
- Bacarıq və səriştələr Nizam-intizamlı;
- Kommunikasiyalı;
- Komandada işləmək bacarığı;
- Əmək Məcəlləsi, Vergi məcəlləsi bilikləri
- 1C üzrə işləmək yüksək səviyyədə;
- Excel biliyi yüksək səviyyədə;
- Rus və ingilis dili biliyi üstünlükdür.
Təminatlar:
- Əmək haqqı: Namizədin biliklərinə əsasən 2500-3000 manat.
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
- Telefon limiti
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
Maraqlananlar CV-lərini “Baş mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |