Bakı
06.08.2024
İş yeri: Bakı.
İş barədə məlumat:
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihə üzrə tapşırıqların icra edilməsi;
- Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
- Təhlil nəticələri və təkliflərin rəhbərliyə və digər maraqlı tərəflərə təqdim etmək;
- İcbari sığorta məhsullarının performansını və bazar tendensiyalarını izlənməsi və təhlil edilməsi;
- Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
- Şöbə və bölmələr arası əməkdaşlığın və innovativ komanda mühitini təşviq etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- PMP və ya digər müvafiq layihə idarəetmə üzrə sertifikatı olması üstünlükdür;
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji, həll yönümlü və tənqidi düşünmə qabiliyyəti;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Gərgin iş rejimində işləmək bacarığı
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |