20 C
Baku
Thursday, October 3, 2024

Daxili nəzarət – “Merkuri” Bank Olmayan Kredit Təşkilatı

0
Bakı
20.08.2024

Merkuri” Bank Olmayan Kredit Təşkilatı daxili nəzarət vakansiyası üzrə iş təcrübəsi olan şəxsləri müsabiqəyə dəvət edir.

 İş barədə məlumat

Vəzifə öhdəlikləri:

  • Şirkətin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Şirkətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi;
  • Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında şirkətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsi.

Namizədə tələblər

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Maliyyə ya audit sahəsində ən azl 1 il iş təcrübəsi;
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, və komandada işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Excel proqramında işləmək bacarağı;
  • Təşəbbüskarlıq;

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə hazır cv formalarınızı “Daxili Nəzarət Mütəxəssisi” yazaraq  [email protected] email ünvanına və yaxud 0502718432 Whatsapp nömrəsinə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDaxili Nəzarət