22 C
Baku
Friday, October 4, 2024

Marketinq meneceri – Badamlı Mineral Sular Satış Mərkəzi

0
Bakı
26.08.2024

İş barədə məlumat

  • Marketinq planlama işlərinin aparılması və marketinq sahəsinə ümumi nəzarət.
  • Əmək haqqı müsahibə əsasında bildiriləcəkdir.
  • İş saatı həftə içi 5 iş günü 09:00-dan – 18:00-dək.

Namizədin tələbləri:

  • Biznes və Marketinq sahəsi üzrə – ali təhsil.
  • Qeyd olunan sahə üzrə minimum 4-5 illik iş təcrübəsi və mümkündürsə FMCG sektorda işləmiş olması.
  • İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı.
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.

Namizədin əmək funksiyası:

  • Marketinq planlarının şirkət hədəflərinə uyğun olaraq vaxtında və planlanmış şəkildə həyata keçirilməsi;
  • Stratejik marka idarəçiliyi;
  • Rəqəmsal marketinqə rəhbərlik etmək;
  • İstehlakçı əlaqələrinin və məmnuniyyətinin idarə edilməsi;
  • Rəqabət və bazar analizlərinə rəhbərlik etmək.
  • Şöbənin fəaliyyəti ilə əlaqədar tabeliyində olan əməkdaşlar üçün icbari göstərişlər vermək, onların vaxtında və keyfiyyətlə icra olunmasına nəzarəti həyata keçirmək.

Namizədin vəzifələri:

  • Marketinq planlarının və büdcələrinin yaradılması;
  • Orta və uzun müddətli marka tanıtımlarının müəyyənləşdirilməsi və stratejik yol xəritəsinin hazırlanılması;
  • Yeni məhsul təkliflərinin hazırlanılması;
  • Rəqəmsal marketinq strategiyalarının müəyyən edilməsinə rəhbərlik etmək;
  • Sosial media idarəçiliyinə rəhbərlik etmək;
  • Kampaniya performans qiymətləndirilməsi;
  • Evlərə satış kanalı və istehlakçıların marka məmnuniyyətinin ölçülməsi və izlənilməsi;
  • Kreativ reklam agentliyi; marketinq araşdırma firmaları, media agentliyi seçimi və qiymətləndirilməsi;

Tələblərə cavab verdiyiniz təqdirdə şəkilli CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. E-mail-in mövzu hissəsində “Marketinq menecer” qeyd etməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR