Rusiya-Ukrayna müharibəsinin 57-ci günü

17:40 — Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub.

17:25 — Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini tanıyan bəyanatlar qəbul ediblər

14:40 —Peskov, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri arasında yaxın günlərdə danışıqların gözlənilməsi barədə məlumatlara aydınlıq gətirib. O, Ərdoğan və Putin arasında telefon danışığının Kremlin gündəliyində olmadığını diqqətə çatdırıb.

11:10 — Şoyqu Mariupolun tam nəzarətə götürüldüyünü Putinə məruzə edib.

11:05 — Çinin dövlət şirkətləri PetroChina, Sinopec, Sinochem və CNOOC isə may ayı üçün rus nefti ticarətində iştirak etməmək qərarı alıb.

10:20 — Rusiya və Ukrayna arasında Rusiya Xarici İşlər Nazirliyində demək olar ki, hər gün video formatında danışıqlar davam edir.

08:12 — Litvanın müdafiə naziri Arvidas Anusauskas bildirib ki, ölkəsi Ukraynaya dəyəri on milyonlarla avro olan minaatan partiyasını təhvil verib.

07:41 — Bayden Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək.

04:30 — Rusiya Ukraynanı dəstəkləyən ölkələrə qarşı kiberhücum hazırlayır, The Guardian bildirir.

03:52 — Boris Conson: Zelenski Donbas məsələsində maksimalist mövqe tutur.

02:30 — Döyüşlərin aktiv mərhələsi mayın 9-dək davam edəcək – Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç.

01:39 — ABŞ-ın Ukraynaya göndərdiyi haubitsa sursatları Avropaya çatıb.

01:03 — Zelenksi: “Ukraynanın Mariupolda Rusiyanı məğlub etməyə yetəcək silahı yoxdur.

00:24 — Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün bunları deyib:

      • Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşmək ehtimalı hələ də aktualdır.
      • Bəzi ölkələr Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyir.
      • Çinin tərəf tutması müharibənin gedişatını dəyişə bilər.
      • Çin tez-tez Ukraynanın ərazi bütövlüyünü vurğulayır. O, hadisələrin diplomatiya yolu ilə həll edilməli olduğunu da tez-tez qeyd edib.
      • Çini bəyənsəniz də, bəyənməsəniz də supergücdür. Çinin tərəf tutması müharibənin gedişatını dəyişə bilər. Çin şirkətlərinin sanksiyaları pozmaqda ehtiyatlı olduğunu da gördük.
      • Qərb ölkələrinə görə Türkiyə PUA-ları Qarabağda qatil idi, Ukraynada sanki mələyə döndü.
      • Türkiyə və NATO-nun müttəfiqləri Ukraynanın təhlükəsizlik zəmanəti tələbinə razılıq verməyib. Ukraynanın indiki şəkildə tələb etdiyi zəmanətləri NATO-nun 5-ci maddəsinə uyğun olduğu təqdirdə belə, ABŞ və Türkiyə daxil olmaqla, heç bir müttəfiq ölkə qəbul edə bilməz. Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz.

 


Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər