17 C
Baku
Monday, April 29, 2024

Sahibkarlar üçün 25 sektor üzrə bazar araşdırması – PDF

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü ilə daxili bazar araşdırmaları aparılıb. Araşdırma 25 müxtəlif sahəni – boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir.

Sahibkarın müraciəti əsasında aparılan daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.

Banker.az həmin bazar araşdırmasının mövzularını təqdim edir (yazının üstündəki linkə keçid edərək araşdırma ilə tanış ola bilərsiniz):

  1. Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması
  2. Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması
  3. Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması
  4. Pomidor emalı müəssisələrinin yaradılması
  5. Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi
  6. Nar sousu istehsalı
  7. Mini-Konserv istehsalı
  8. Göbələk istehsalı
  9. Fındıq əzməsi istehsalı
  10. Şirniyyat halvalarının istehsalı
  11. Nehrə yağlarının istehsalı
  12. Səyyar qəhvə və yan məhsulların istehlakı
  13. Meyvə qurularının və meyvə pürelərinin istehsalı
  14. Bal və arıçılıq məhsulları istehsalı
  15. Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)
  16. HORECA sahəsi üzrə şirniyyat ehtiyacları
  17. Optik eynəklərin istehsalı
  18. Boya istehsalı
  19. Daşınar soyuducu anbarların istehsalı
  20. Tekstil fabrikinin yaradılması
  21. Məişət tullantıları konteynerlərinin istehsalı və satış imkanları
  22. Reklam vasitələrinin istehsalı və effektivliyi
  23. Avtokimya məhsulların istehsalı
  24. Özəl və korporativ geyimlərin istehsalı
  25. Minik və yük avtomobilləri üçün yağdəyişmə xidmətləri
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər