12 C
Baku
Monday, November 25, 2024

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
26.02.2019

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 23-30 
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: müvafiq sahə üzrə 1 il minimum 
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili  (arzuolunadır)

Şəxsi keyfiyyətlər 

• Analitik təhlil və operativlik bacarığı  
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi 
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Əməkdaşların IT avadanlıqlar və proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti,      məlumatlandırılması və konsultasiyasını həyata keçirmək
• Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırılmaq
• “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərinin qəbulu, işlənilməsi və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək
• Şirkət təlabatlarının maksimal dərəcədə ödənilməsi üçün zəruri olan proqram təminatının seçilməsində kömək göstərmək
• Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq
• Əməkdaşlar üçün iş yerlərinin yaradılmasını və yerdəyişmələri həyata keçirmək
• Şirkətə məxsus stasionar kompyuter, noutbuk və android/IOS platformalı qurğuları sazlamaq, kompyuter və çap maşınlarında nasazlıqları aşkar etmək və aradan qaldırmaq
• Lisenziyalı proqram təminatının qeydiyyatını aparmaq
• Əməkdaşların IT sahəsinə aid ümumi suallarını cavablandırmaq
• Birbaşa rəhbərlərin verdiyi xidməti tapşırıqları, göstərişləri  keyfiyyətli və vaxtında yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı ilk 3 ay sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Xahiş edirik nəzərə alın ki, CV forması Sizin ilkin təqdimatınızı həyata keçirən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta