Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
1. Geoloji kəşfiyyat şöbəsi, Coğrafi informasiya sistemləri üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Müxtəlif tematik xəritələrin, planların, sxemlərin hazırlanması;
• Geoloji və coğrafi məlumatların məlumat bazasına yığılması, redaktə edilməsi və düzəldilməsi;
• Müxtəlif formatda olan məkan məlumatların idxal və ixrac edilməsi.
• CİS təhlillərin aparılması;
• Köhnə skan olunmuş xəritələrdən, planlardan və kosmik təsvirlərdən məlumatların rəqəmsallaşdırılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• ArcGis, MapInfo, AutoCad və Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• Koordinat sistemləri, proyeksiya, datum, geod və məlumat bazaları haqqında biliklərə malik olmalı;
• Məkan məlumatları haqqında anlayışı olmalı;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində yaxşı səviyyəli danışıq və yazı qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “CİS üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
________________
2. Daxili nəzarət şöbəsi / aparıcı mütəxəssis
İşin təsviri:
• Aparıcı mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir.
• Aparıcı mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir.
Əsas vəzifə və öhdəliklər:
• Metodologiyanın hazırlanması və tətbiqi:
– Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
– Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
– Cəmiyyətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
– Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
• Kamplayns (uyğunluq) üzrə nəzarət:
– Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
– Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
– Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
– Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
– Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir.
Tələb olunan meyarlar:
• Müvafiq sahə üzrə ali təhsil;
• Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
• İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi, habelə keyfiyyət idarəetmə sistemləri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq ” Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Dövlət qurumları |