AZƏRSUN HOLDİNQ
İnsan Resursları üzrə icraçı mütəxəssis
Namizədə aid tələblər
– 23-30 yaş arası kişi namizədlər;
– Ali təhsilli;
– İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
– MS Office, Elektron Hökümət Portalından istifadə qaydalarını mükəmməl səviyyədə bilməli;
– Əmək qanunvericiliyinin əsaslarını bilməli.
İş haqqında məlumat
– əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi ;
– İşçilərin şəxsi işlərin formalaşdırılması ;
– Əmək kitabçalarına qeydiyyatın aparılması ;
– Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərin rəsmiləşdırmək ;
– İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi ;
– Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“IR üzrə icraçı mütəxəssis ” başlığı ilə) göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |