7 C
Baku
Thursday, December 12, 2024

Biznes analitik – Bank Respublika ASC

0
Biznes analitik – Bank Respublika ASC
02.07.2019

Bank Respublika ASC “Biznes analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankdaxili prosesləri izləmək, təhlil etmək və onları təkmilləşdirmək;
• Təkmilləşdirilməsinə ehtiyac olan prosesləri müəyyən etmək və araşdırıb nəticə barəsində məlumatlandırması;
• Sifarişçilərlə biznes və təşkilatı çatışmazlıqları müzakirə etmək;
• Kredit prosedurlarını nəzərdən keçirmək və müvafiq prosedurların optimallaşdırılması;
• Şöbənin fəaliyəti ilə bağlı müxtəlif növ hesabatların hazırlanması;
• Şöbənin fəaliyətinə aid daxil olan müxtəlif məzmunlu sorğuların cavablandırılması;
• Texniki tapşırığın hazırlanmasında iştrak etmək və  icrasını təmin etmək;
• Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
• Bankın İT bölməsi, biznes departamentləri və vendorlarla effektiv ünsiyyətin qurulması; 
• Layihələrin keyfiyyətinə, zamanına, büdcəsinə və risklərinə nəzarət etmək;
• Sifarişçilərlə kommunikasiya planlarını, müddət və tələblərinin razılaşdırılması;
• Layihələrin və texniki sənədləşmənin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: biznes analitikası, texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus və ya İngilis dilləri arzuolunandır;
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyul 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR