Bank “BTB” ASC Hüquqşünas/Aparıcı hüquqşünas/Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır;
Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
Müraciətlərin reyestrdə qeydiyyatını aparır.
Namizədə tələblər:
Ali hüquqi təhsil;
Bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
MS Office proqramlarından istifadə etmə bacarığı;
Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti,
Stressə davamlılıq;
Məsuliyyətlilik;
Ünsiyyət qurmaq bacarığı;
Sərbəst işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 31.07.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |