18 C
Baku
Saturday, October 12, 2024

Təcrübə proqramı – AzSığorta ASC

0
Təcrübə proqramı – AzSığorta ASC
AzSığorta Şirkəti
08.07.2019

İlkin iş təcrübəsi tələb etməyən ödənişsiz iş layihəsi və yay-qış tələbə iş təcrübəsi elanları.

Öz karyeranızı başlamaq üçün verilən fürsətdən istifadə etməyə hazırsınızmı?

Şirkətin təcrübə proqramı çərçivəsində  bu imkanı sizə yaradırıq. Proqramla bağlı tələbləri diqqətinizə çatdırırıq.

Tələblər:

• Analitik təhlil qabiliyyətli;
• Komanda şəraitində işləmək bacarığı;
• Dəqiq, məsuliyyətli və intizamlı olmaq

• Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcəkdir.
• Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışmaq peşəkar kimi formalaşmağınıza imkan yaradacaq.
• Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, bacarıq və şəxsi qabiliyyətinizlə fərqlənə biləcəyiniz təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazana bilərsiniz.
• Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim olunacaqdır.
 
Qeyd:  Proqrama qoşulmaq istəyən namizədlərdən 01 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-lərini  göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta, Təcrübə proqramları