“Azərbaycan Kredit Bürosu” MMC (AKB) AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin İT komandasına Frontend Developer axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Frontend Developer
Departament: İnformasiya Texnologiyaları
Tabeçilik: Departament direktoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün son tarix: 10.08.2019
Vəzifə öhdəlikləri:
– Səlis, oxunaqlı və test oluna bilən kod yazmaq;
– Proqram təminatında yaranmış problemlərə vaxtında reaksiya göstərmək;
– Dizaynla bağlı həll vermək;
– Yaradıcı düşünmək və davranmaq;
– Fərdi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmək;
– Komandada işləmək bacarığına sahib olmaq.
Tələb edilən bilik, bacarıq və təcrübə:
– React və ya Angular üzrə mükəmməl bilik;
– NPM və Webpack ilə iş təcrübəsi;
– Mükəmməl səviyyədə JavaScript bilikləri;
– HTML5 və CSS bilikləri;
– UI/UX üzrə təcrübə;
– Unit Test bilikləri;
– GIT ilə iş təcrübəsi;
– İnformasiya Texnologiyaları ixtisası və ya texniki sahə üzrə bakalavr təhsili;
– Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
CV-ni “Frontend Developer” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT |