10 C
Baku
Wednesday, November 27, 2024

Nəzarət şöbəsinin rəhbəri -Bank BTB

0
Nəzarət şöbəsinin rəhbəri -Bank BTB
23.08.2019

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Nəzarət şöbəsinin rəhbəri

İş barədə məlumat:

– Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
– Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
– Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
– Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
– Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
– Kreditlə bağlı sığorta müqavilələrinin müddətinə nəzarət edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır.
– Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları hazırlayır.
– Müştəri hesabları üzrə aparılan bütün əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
– Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi rəhbərinə aid digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

 Ali iqtisadi təhsil,
 bank sektorunda ən azı 3 il iş təcrübəsi,
 dəqiqlik,
 nəzarətetmə bacarığı,
 qərarlar qəbul etmək bacarığı,
 liderlik bacarıqları;
 MS office proqramında işləmək bacarığı,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 20 Sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi