Ümumi məlumatlar
– Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli;
– MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
İş haqqında məlumat
– İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək müqavilələrinin hazırlanması və (www.e-gov.az) sisteminə daxil edilməsi;
– Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
– Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
– İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
– İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi.
İş şərtləri
İş qrafiki: həftə içi 5 gün. Digər bölgələrdən işə götürülən işçilər şirkətin qonaq otağında qalmağa yerlə təmin ediləcəkdir.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |