11 C
Baku
Saturday, November 16, 2024

Anderraytinq üzrə assistent -PAŞA Sığorta

0
Anderraytinq üzrə assistent -PAŞA Sığorta
10.12.2019

“PAŞA Sığorta” ASC namizədləri Anderraytinq üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
• Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
• Riskin dəyərləndirilməsi və riskə əsasən ən uyğun tarif və şərtlərin müəyyən olunması;
• Aktuari və birbaşa rəhbər ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
• Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
• Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək;
• Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.

Bilik və bacarıqlar:

BİLİKLƏR

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
• Kompyuter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək
• bacarığı;
• Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan
qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək;

TƏCRÜBƏ

• 1-2 il iş təcrübəsi arzu olunandır;

BACARIQLAR

• Analitik təhlil, məntiq, məlumatların tez bir vaxtda anlanması;
• Microsoft Office proqramlarında səlis işləmək bacarığı;
• Stressə davamlı, ünsiyyətqurma bacarığı.

Son müraciət tarixi: 07 yanvar, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta