Data Scientist
PASHA Bank Data Scientist vakansiyasını elan edir.
Vəzifənin məqsədi
Müxtəlif risk modellərinin hazırlanması və tətbiqinə cavabdehlik
Vəzifə öhdəlikləri
• Bankda istifadə olunan modellərin hazırlanması və validasiyası üçün metodologiyanın hazırlanması
• Skorinq/reytinq modellərinin hazırlanması/dəstəklənməsi və monitorinqi
• Sistemdən məlumatların çıxarılması vasitəsilə modellər üzrə prototiplərin (nümunələrin) yenilənməsi
• Model istifadəçiləri ilə müntəzəm işlənməsi və meydana çıxan məsələlərin həlli
• Modelin validasiyası
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• Proqramlaşdırma dilləri: R, Python, SAS, SQL proqramlaşdırma dilləri üzrə biliklər
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Xarici dil: İngilis dili
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Data Scientist” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |