AFB Bank Filiallar üzrə resepşn vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Resepşn
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali və ya orta ixtisas təhsili;
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Yüksək kommunikasiya və müştəri yönümlülük;
• MS Office proqramları üzrə biliklər;
• Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
• Düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Daxil olan zəngləri, məktubları cavablandırmaq və yönləndirmək;
• Müştərilərə bank məhsulları haqqında məlumat vermək;
• Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
• Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
• Müraciətləri qeydiyyata almaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filiallar üzrə resepşn” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |