9 C
Baku
Thursday, December 12, 2024

İnsan resursları üzrə mütəxəssis – SMTS MMC

0
İnsan resursları üzrə mütəxəssis – SMTS MMC
Bakı
11.06.2020

İnsan resursları üzrə mütəxəssis

Tələb olunan iş Bacarığı:

– Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
– Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
– İnsan resursları planlamasını (işçi ehtiyacını müəyyən etmək) həyata keçirmək;
– Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək;
– İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq;
– Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqib edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılma;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
– İşçilərin qiymətləndirməsi və mükafatlandırılmasına dair sorğuların keçirilməsi və sistemlin tətbiq edilməsi;
– İllik təlim-tədris proqramının hazırlanması;
– Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və təqdim edilməsi;
– Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
– Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analışlərin aparılması;
– Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;
– Məzuniyyətlərin planlaşdırılması və plan üzrə məzuniyyətlərin veriməsini təqib etmək, onların uçotunun aparılması,
– İşçilərin ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
– Davamiyyətin izlənməsi; Aylıq tabellərin hazırlanması;
– Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Tələb olunan təhsil və biliklər:

– Ali təhsil (hüquqşünaslıq, biznesin idarəedilməsi, insan resursları);
– AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
– İnsan resursları üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
– Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı (Rus və İngilis dillərin bilməsi arzuolunandır);
– Microsoft Office proqramlarını əla səviyyədə bilməli (MS Excel proqramını mükəmməl bilməsi mütləqdir);
– Komandada işləmək bacarığına sahib olmalı;
– Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
– Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək bacarığı;
– Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

– Yaş həddi: 25-40
– Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
– İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
– Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İnsan Resursları (HR)