18 C
Baku
Friday, October 4, 2024

CNC operatoru – METAK

0
CNC operatoru – METAK
Bakı
05.08.2020

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

“METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Biz bütün uğurlarımıza əməksevər və peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

CNC operatoru

İşin təsviri:

• Rəqəmli Proqram İdarəetmə sistemlərini (CNC) işə salmaq, istiqamətləndirmək və ya istismar etmək;
• Verilmiş metodlara uyğun olaraq maşınları hazırlamaq, xırda quraşdırma işləri aparmaq;
• Pəstahların dəzgahda yerləşdirmək, işlək vəziyyətə gətirmək, CNC idarəetmə pultuna quraşdırmaq;
• Vaxtaşırı alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin yoxlanılmasını heyata keçirmək;
• Təlimatlara və standartlara uyğun olaraq CNC sistemlərini təmizləmək və onlara texniki xidmət göstərmək;
• CNC sistemlərində baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.

Tələblər:

• Təhsil: Ali və ya orta texniki;
• Yaş həddi: 25 – 35 yaş;
• İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətlərini bilməli;
• Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli;
• Ölçmə işləri üçün bəsit riyazi biliklər;
• Təhlükəsizlik texnikası və əməyin mühafizəsi.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• İstirahət: bazar günü;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=117 və ya [email protected] ünvanına CV göndərərək 30.08.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər