Hazırlanmış elan həyata keçirilən İş Analizi layihəsi çərçivəsində formalaşmış vəzifə təlimatı və vəzifə tələb formaları əsasında hazırlanmış vəzifənin tələb etdiyi öhdəlikləri və lazımi tələbləri əks etdirir.
HAQQIMIZDA
Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.
Elan : “Satış Auditi”
İşin qısa təsviri :
Sizin əsas vəzifə öhdəlikləriniz :
• İnventarizasiya işinin aparılması;
• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Distributor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
• Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
• Hərəkətsiz debitor borclarının təyin edilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
• Analitik düşünmə qabiliyyəti;
• Qərar vermə qabiliyyəti;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Nəzarət və əlaqələndirmə.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
• Təhsil : Ali (iqtisadiyyat yönümlü);
• İş təcrübəsi : 1 il;
• Kompüter bilikləri : MS Office (Excel, Word, Internet);
• Yaş həddi : 22-30;
• Avtomobilin olması vacibdir.
Bizim iş şərtləri :
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Saatlı və Bərdə.
Biz nə təklif edirik :
• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühiti;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış auditi (Saatlı) və ya (Bərdə)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Digər şirkətlər |