10 C
Baku
Saturday, November 16, 2024

Maliyyə üzrə koordinator (Şirvan filialı) – Zeytun Pharmaceuticals

0
Maliyyə üzrə koordinator (Şirvan filialı) – Zeytun Pharmaceuticals
Şirvan
21.12.2020

Maliyyə üzrə koordinator (Şirvan filialı)

Ümumi tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
• Stressə davamlılıq, komanda şəklində işləmək bacarığı, obyektiv qərar vermək qabliyyəti;
• Azərbaycan dili, Rus dili bilikləri üzrə biliklər;

Vəzifə öhdəlikləri

• Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa, Mərkəzi Bankın təlimatlarına, Vergi Məcəlləsinə və şirkətdaxili proseduralara əsasən filial daxilində maliyyə və mühasibat uçotunun təşkil edilməsi;
• Filial müdiri ilə koordinasiyalı olaraq, pul vəsaitlərinin hərəkətinin idarə edilməsi;
• Filial üzrə maliyyə və mühasibat uçotunun aparılması, o cümlədən maliyyə təhlili üzrə filialın göstəricilərinin hesablanması, proqnoz və idarəetmə hesabatlarının hazırlanması;
• Müəyyən olunmuş prosedur-qaydalara əsasən gündəlik əməliyyatlarla bağlı maliyyə sənədlərini tərtib edilməsi;
• Filial üzrə maliyyə və statistik hesabatların tərtib edilməsi və müəyyən olunmuş qaydada baş ofisə təqdim edilməsi;
• Əsas vəsaitlərin və inventarların hərəkəti haqqında hesabatların hazırlanması və əsas vəsaitlər üzrə inventarizasiyanın həyata keçirilməsinin təmin edilməsi;
• Rəhbərinin tələbi ilə gördüyü işlər haqqında hesabatın hazırlanması;

İş şəraiti:

• İş yeri – “Zeytun Pharmaceuticals” MMC-nin Şirvan filialı (Ünvan: Şirvan şəh., H.Əliyev pr.,416);
• 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 16:30-dək ;
• Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər