Rifah Group – Maliyyə-mühasibatlıq Departament Direktoru
Şirkətimiz barəsində: 1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası bəlirləməkdir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Şirkətin maliyyə sisteminin sıfırdan qurulması,
– Maliyyə departamenti və komandanın qurulması,
– Mühasibatlıq və maliyyə prosedurlarının yazılması və icrasının təmini,
– Departamentin idarə edilməsi, şirkətin əsas biznes istiqamətlərinə dəstəyin göstərilməsi.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Maliyyə və mühasibatlıq sahəsində yüksək səviyyədə biliklər
• Quruculuq qabiliyyətinin yüksək olması,
• Xarici dil bilikləri: İngilis dilini C1-C2, Rus dili üstünlükdür,
• Texnolojik məlumatlılıq (yeni texnologiyalara sürətli adaptasiya)
• Planlama qabiliyyəti
• ACCA və digər müvafiq xarici sertifikasiyasının olması üstünlükdür.
Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olmaq
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq,yaradıcılıq
• Analitik düşünmə,
• Komanda işinə meyli olma.
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• Əmək haqqı razılaşma ilə təyin ediləcək, əmək haqqı və ümumi əmək münasibətləri tam rəsmi olacaq.
• İş yeri: Əhməd Rəcəbli, Woodpecker mağazasının 2ci mərtəbəsi.
• İş günlərinin sayı 6 gün, ilkin etapda əlavə iş yükü ola bilər.
Müraciətinizi e-mail ünvanına göndərin (mövzu yerində vakansiya adı qeyd edilməklə): [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |