Xərclər üzrə mühasib
Əsas vəzifə və öhdəliklər:
• Qida və içki xərclərini effektiv şəkildə idarə etmək;
• Bütün Qida və İçki satış nöqtələrini yoxlamaq və xərclərin büdcə daxilində olduğunu təmin etmək;
• Aylıq Qida və İçki hesabatını və xərclərin açıqlamasını Gəlirlər və Xərclər hesabatı üçün menecmentə təqdim etmək;
• Restoranların və anbarların sayımını təşkil etmək və sayımda iştirak etmək;
• Əməliyyat sistemlərində endirimlərin gündəlik yoxlanılması və doğrulanması;
• Restoran və bar çeklərinin gündəlik yoxlanması;
• Satınalma sifarişlərinin yoxlanılması;
• Ödənişlər üzrə məsul şəxsə dəstək;
• Günlük və aylıq satış xərcləri hesabatının hazırlaması;
• Əməliyyatların 1C mühasibatlıq programına daxil edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə qarşı tələblər:
– Maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsil;
– Microsoft Office proqramlarını bilmək, xüsusi ilə Excel proqramı ilə işləmək bacarığı;
– Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
– Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması;
– İngilis dili arzu olunandır.
– Naftalan şəhəri və ətraf yanı rayonlarda yaşayan namizədlərə üstünlük veriləcəkdir.
İş şərtləri
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Korporativ nömrə və danışıq limiti
• İş yeri Naftalanda yerləşir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xərclər üzrə mühasib” yazaraq [email protected] və [email protected] ünvanlarına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib, Turizm və otelçilik |