16 C
Baku
Tuesday, April 30, 2024

Product Manager – Yelo Bank

0
Product Manager – Yelo Bank
Bakı
22.04.2021

Yelo Bank”da müştərilərimizin ehtiyac və istəklərinə cavab verən yenilikçi məhsullar təqdim etməkdən qürur duyuruq. Çoxsahəli inkişaf qrupumuza rəhbərlik edəcək “Məhsul meneceri (Product Manager)” axtarırıq. Siz elektron poçtun “mövzu” yerinə “Product Manager” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Məhsul meneceri (Product Manager)
Bilavasitə tabeçiliyi: İdarə Heyəti Sədrinin Müavini/ İnkişaf

Vəzifə öhdəlikləri:

– Bankın strategiyasına uyğun məhsulların yaradılması və inkişaf etdirilməsi;
– Bazarı araşdırmaq, müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
– Məhsul yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlili;
– Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
– Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək
– Müştərilərin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
– Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
– Məhsul boşluqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılmasını təmin etmək;
– Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.

Tələblər:

– Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
– Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
– Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
– Yüksək analitik düşüncə;
– Çərçivələrdən kənar düşünmə bacarığı
– Məhsulun inkişafı üçün çevik metodologiyanı (agile) bilmək arzuolunandır
– Məhsulların inkişaf etdirilməsi üzrə təcrübə arzuolunandır;
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
– MS Office proqramlarını (əsasən Excel və Power point) yüksək səviyyədə bilmək.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Yığım sığortasına qoşulma imkanı.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi