“Rabitəbank” ASCDaxili Nəzarət Departamenti, Əməliyyatlara Nəzarət Şöbəsinə aparıcı mütəxəssis/ baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın normativ aktlarının, habelə bankdaxili normativ sənədlərin tələblərinə riayət edir;
- Kredit, plastik kart, hesab açma, köçürmə və hesablaşma əməliyyatları üzrə komissiyaların tutulub-tutulmadığına və düzgünlüyünə nəzarət edir;
- Ödəniş sistemləri üzrə hesablaşmaların düzgün aparılmasına nəzarət edir;
- Acılmış hüquqi və fiziki şəxs hesablarında sistemə yüklənmiş müştəri sənədlərinin düzgünlüyünə nəzarət edir;
- Əmanətlər üzrə faiz və əsas məbləğ ödənişlərinin düzgün aparılmasına nəzarət edir;
- MŞ və İH protokolu əsasında qeyri-standart tarifin sistemə daxil edilməsini həyata keçirir;
- Filial müştəriləri haqqında müvafiq idarə və təşkilatlardan (ədliyyə, vergi, prokurorluq, gömrük, DSMF və s.) daxil olan məktublara baxır və səlahiyyətləri daxilində cavab hazırlayır;
- Filialdakı POS terminal hesabları ilə aparılan əməliyyatlara nəzarət edir;
- Kartmane hesabalarının açılması, uzadılması prosedurlarının bankdaxili qaydalara uyğun aparılmasına və faizin düzgün hesablanmasına nəzarət edir;
- Hər bir filialdan əldə olunan məlumatların doğruluğunu və reallığa uyğun olmasını yoxlayır;
- Banka daxil olmuş sərəncamların qəbul olunması və vaxtında icrasına nəzarət edir;
- Debitor və kreditor hesablarının qalıqlarını mütəmmadi yoxlayır.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
- Əməliyyat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Microsoft Excel üzrə biliklər;
- Analitik düşüncə;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyətlara nəzarət şöbəsi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |