“Rabitəbank” ASC Risklərin İdarə Edilməsi departamentinin, Kredit və Bazar riskləri şöbəsinin mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifələr:
- Kredit risklərinin müəyyənləşdirilməsində iştirak etmək;
- Kredit risklərinin kəmiyyət və keyfiyyət metodları ilə analizinin həyata keçirilməsində iştirak etmək;
- Kredit risk modellərinin qurulmasında iştirak etmək;
- Kredit portfelinə nəzarət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (Riyaziyyat, Ekonometrika, Statistika, İqtisadiyyat yönümlü)
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərini səlist səviyyədə bilmək;
- Risk sahəsində qanunvericiliyə uyğun olaraq qaydaları bilmək;
- Analitik və risk yönümlü düşünmək qabiliyyəti;
- Məsuliyyətli və detallara qarşı diqqətli olmaq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində “Kredit və Bazar riskləri şöbəsi mütəxəssisi ” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |