“Rabitabank” ASC IT Təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Əsas vəzifələr:
– İnsidentlərin aşkarlanması və analiz olunması
– Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
– İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
– Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;
– Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsini həyata keçirmək;
– İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;
– İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
– İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
– İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
– İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
– Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi;
– Elektron imzaların təmzinlənməsini həyata keçirmək;
Namizədə olan tələblər:
– Ali təhsil;
– İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
– Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
– Endpoint Security və Embedded Systems Security üzrə biliklər;
– Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;
– DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər,
– Vulnerability Scanners (Nessus, Rapid7, Openvas) üzrə biliklər;
– Verilənlər bazası, web servislər və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;
– Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
– İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək.
– Linux ƏS üzrə biliklər;
– Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
– Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT Təhlükəsizliyi üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |