10 C
Baku
Friday, December 13, 2024

Pul multiplikatoru

0

Have a Question?

Pul multiplikatoru-bank ehtiyatlarının artması hesabına dövriyyədə olan pul kütləsinin artırılmasına xidmət edən əmsaldır. Aşağıdakı əmsalla hesablanır:

M2 / H = (C + D) / (C + R) = (C / D + 1) / (C / D + R / D),

Burada M2 – tədavüldə olan pul kütləsi; H – pul bazası; C – nağd pul; D – depozitlər; R – kommersiya banklarının ehtiyatlarıdır.

Pul multiplikatorunun son (maksimum mümkün olan) həddi kommersiya bankları üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məcburi ehtiyatların əks tariflərinə bərabərdir. Pul kütləsinin dinamikasına nəzarət etmək, kommersiya banklarının iqtisadiyyata kredit qoyuluşlarının genişləndirilməsi imkanlarının təhlili üçün istifadə edilir.