Bakı, Qusar
22.12.2021
Biznes xidmət üzrə mütəxəssis /aparıcı mütəxəssis (Bakı, Qusar filialları üzrə)
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
- Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
- Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
- Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
- Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
- Bankın korporativ dəyərlərini mənimsəmək və xidmət standartına uyğun xidmət göstərmək;
- Müştəri məmnuniyyəti daim yüksəltmək istiqamətində çalışmaq. .
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
İş şəraiti:
- AR ƏM tələblərinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki – 5 günlük (bazar ertəsi-cümə); 09:00-dan-18:00-dək
CV-lərinizi [email protected] email ünvanına müvafiq başlıqla göndərməyə tələsin.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |