Bakı
14.02.2022
Komplayens departamentinin “Məlumatların emalı və hesabatlıq” şöbəsinə “Aparıcı və ya baş mütəxəssis” vakansiyası
İşin təsviri:
- PL/TMM üzrə Azərbaycan Respublikasının Qanunu üzrə tələblərə Bank tərəfindən riayət olunmasının təmin edilməsi;
- Yerli və xarici müxbir banklardan, partnyorlardan daxil olan sorğuların müvafiq olaraq cavablandırılması;
- Qanunvericiliyin tələbinə müvafiq olaraq haqqında icbari hesabatların verilməsi tələb olunan əməliyyatları müəyyən edərək Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi;
- Bankın müxbir hesablarının açılması üçün tələb olunan komplayens sorğu və sənədlərinin doldurulması və toplanılması işinin təmin edilməsi;
- Yeni müştərilərin qəbulu zamanı onların müvafiq siyahılar ilə üzləşdirilməsi prosesinə (skrininq) nəzarət;
- Bankdan xaricə köçürülən və xaricdən daxil olan pul vəsaitlərinə komplayens baxımından nəzarət;
Namizədə dair tələblər:
- Ali təhsil;
- TonBeller Siron (Embagro, KYC, AML) proqramından istififadə bacarığı arzuolunandır;
- PL/TMM ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar barədə məlumatlara malik olmaq;
- Ən azı 2 il bank iş təcrübəsi olmalıdır;
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
- Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini[email protected] elektron ünvanına 01.03.2022 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Komplayens departamentinin “Məlumatların emalı və hesabatlıq” şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |