10 C
Baku
Wednesday, December 11, 2024

Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi – PASHA Insurance

0
Zərərlərin qiymətləndirilməsi və təmir üzrə təcrübəçi – PASHA Insurance
Bakı
01.03.2022

Vəzi̇fə Və Öhdəli̇klər:

  • Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
  • Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsində dəstək
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılmasında dəstək
  • Yekun zərərin təyin edilməsində dəstək və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
  • Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilində dəstək
  • Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi

Bi̇li̇klər:

  • Natamam Ali və ya Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır
  • Yol nəqliyyat hadisələri haqqında biliklər arzu olunandır
  • Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq arzu olunandır
  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

Bacarıqlar:

  • Yaxşı ünsiyyət bacarığı
  • Stressə davamlılıq
  • Təşəbbüskarlıq
  • Məqsədyönlülük
  • Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi:  15 Mart 2022

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta