24 C
Baku
Monday, September 30, 2024

İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis – Bank BTB

0
İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis – Bank BTB
Bakı
06.10.2022

Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər: 

İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis

İş barədə məlumat:

İpoteka kreditini Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun rəsmiləşdirir;

Verilmiş ipoteka kreditlərinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;

Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;

İpoteka  müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında hesabatlar hazırlayır;

İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;

Namizədə tələblər:

Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır)

Mövcud sahədə 1 il iş təcrübəsi

Analitik düşüncə;

MS Office (Word, Excel) proqramları üzrə biliklər;

Mükəmməl Azərbaycan dili;

Əla ünsiyyət bacarıqları;

Məsuliyyət, dəqiqlik, aydın nitq, detallara diqqət yetirmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər https://www.btb.az/az/vacancies

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi