Bakı
16.02.2023
İşiniz nədən ibarətdir?
- Bankın Aktiv və Passivlərin idarə edilməsi məqsədilə gündəlik hesabatların hazırlanması;
- Likvidlik risklərinin idarə olunmasında bankdaxili qaydalara və requlyativ normalara riayət olunmasının təmin edilməsi;
- FTP (Funds Transfer Pricing) hesabatlarının hazırlanması və effektiv tətbiqində şöbənin işinə dəstək vermək;
- Bankın likvidlik, faiz və məzənnə risklərindən qorunması istiqamətdə görülən işlərində yaxından iştirak etmək;
- Sərbəst vəsaitlərin idarə edilməsi və maliyyə bazarlarında investisiya fəaliyyəti məqsədilə müvafiq təkliflərin hazırlanması və monitorinqi;
- Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatların hazırlanması;
- Bankın biznes fəaliyyəti üçün davamlı olaraq tələb olunan maliyyə resursların təmin edilməsi məqsədilə təhlillərin aparılması və proqnozlaşdırılması;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2 il
- Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə (arzu olunandır)
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Maliyyə Bazarları üzrə biliklər: Yerli və xarici maliyyə bazarları və məhsullar üzrə biliklər
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |