Bakı
17.02.2023
Vakansiyanın təsviri
- Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;
- Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
- Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;
- Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;
- Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;
- Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;
- Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;
- Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində Bank adından çıxış etmək və mənafeyini qorumaq;
- Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;
- Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Xüsusi tələblər
- Hüquq sahəsində ali təhsil;
- İxtisas üzrə minimum 3 (üç) il təcrübə;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilmək;
- Kargüzarlıq işinin əsaslarını bilmək;
- Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənə üstünlük veriləcəkdir);
- Yüksək qavrama və analizetmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Hüquq |