Bakı
06.03.2023
Şəhər: Bakı
Vəzifəyə olan tələblər:
- Yaş həddi: 22-32
- Bakalavr (Risk menecment,maliyyə,iqtisadiyyat,ekonometrika və s. oxşar sahələr);
- Bazar riskləri və ya digər müvafiq sahədə təcrübə 1-3 il və daha çox;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- Stress altında işləmə qabiliyyəti;
- MS Office (Excel/Word/Powerpoint) yaxşı səviyyədə bilmək;
- Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik;
- Ekonometrika,statistik analitika haqqında biliklər arzuolunandır;
- İngilis dili (ən azı intermediate səviyyə) rus dili (arzuolunandır);
- CFA,FRM,PRM üzrə hər hansı mərhələni keçən namizədlərə üstünlük veriləcək;
- Risk menecmentlə bağlı digər sertifikatlar olan namizədlərə (CERM və s.) üstünlük veriləcək;
- SQL,VBA, R,Python proqramlaşdırma dillərini hər hansını bilən namizədlərə üstünlük veriləcək;
- IFRS 9 üzrə ehtiyat ayrılması standartları üzrə biliklər arzuolunandır;
- IRRBB üzrə biliklər arzuolunandır;
- Maliyyə alətlərinin IFRS 13 standartları üzrə biliklər arzuolunandır;
Vəzifə öhdəlikləri:
- Bazar/Likvidlik risk modellərinin hazırlanmasını təşkil etmək;
- Yaradılan yeni məhsullar üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
- Riskə məruz dəyər, Şərti Riskə məruz dəyər,durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
- Makroiqtisadi analizlərin aparılması;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Bizim təkliflərimiz:
- Rəqabətli əmək haqqı
- Risk menecment karyerası üzrə inkişaf etmək imkanları
- Treninqlərdə iştirak etmək imkanları
- Davamlı biliklərin artırılmasında dəstək
- Beynəlxalq risk menecment imtahanlarına hazırlıqda dəstək
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis/bölmə rəhbəri” yazmağı unutmayın. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |