Bakı
30.03.2023
İşiniz nədən ibarətdir?
- Qeyri-işlək kreditlərin restrukturizasiyası və bərpası üzrə cavabdehlik; gəlirlilik və xidmət standartlarının təkmilləşdirilməsi və yüksək səviyyədə icrası;
- Problemli kreditlərlə iş üzrə metodologiya və proseduraların hazırlanması: erkən və sonrakı təqib (fərdi, KOS və CİB seqmentləri üzrə); problemli kreditlərin idarə olunması, restrukturizasiyası, problemli biznes kreditlərin bərpası;
- Problemli kreditlər üzrə təyin olunmuş limitlər çərçivəsində restrukturizasiya qərarlarının icrası (fərdi, KOS və CİB seqmentləri üzrə);
- Maliyyə vəziyyətinin dirçəlməsi və ödənişi gecikdirilən kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədi ilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak; problemli kreditlərin bərpası yolunda restrukturizasiya planlarının hazırlanması və tətbiqində fəal iştirak;
- Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması (görüşlər, telefon zəngləri, mesajlar və s. vasitəsilə); müştərilərin davranışlarına nəzarət və onların təhlili; problemli kreditlərin bərpası məqsədi ilə rəsmi bildirişlərin göndərilməsi;
- İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və təxmini olaraq bərpanın müzakirəsi;
- Görülən işlərin nəticələri barədə şöbənin səlahiyyətli şəxslərinə hesabat vermək (yığımla bağlı hesabat və s.);
- Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
- Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Xarici dil: ingilis dili (orta), rus dili (orta)
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Digər: güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |