25.04.2023
Vakansiyanın təsviri
- Fonda daxil olan layihələr üzrə müraciətləri təhlil etmək və zəruri məlumatları toplamaq;
- Layihə büdcələrinin işlənib hazırlanmasında, o cümlədən xərclərin qiymətləndirilməsi, izlənməsi və maliyyə vəziyyəti haqqında hesabatların hazırlanmasında iştirak etmək;
- Layihə üzrə vaxt çərçivələrinin və kritik mərhələlərin müəyyən olunması daxil olmaqla layihə qrafiklərinin hazırlanmasında və monitorinqində iştirak etmək;
- Layihələrin gedişatını və icrasını izləmək, həmçinin layihələrin vaxtlı-vaxtında icrasının təmin edilməsində, gecikməyə səbəb ola biləcək amillərin aradan qaldırılmasında və risklərin müəyyən edilməsində iştirak etmək;
- Layihələr üzrə tələb olunan monitorinqlərdə iştirak etmək, bununla bağlı müvafiq icmalar və arayışlar hazırlamaq;
- Layihələrə dair aparılan işlər üzrə Fondun digər struktur bölmələri, tərəfdaşlar, podratçılar və digər əlaqəli tərəflər ilə effektiv kommunikasiya yaratmaq;
- Tikinti işlərinin gedişatına və keyfiyyətinə nəzarət etmək məqsədilə əraziyə səfərlər həyata keçirmək;
- Tikinti planlarını və spesifikasiyalarını nəzərdən keçirmək və ehtiyac yarandığı təqdirdə memar və mühəndislərlə birgə əlaqələndirmək;
- Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar və şəxslərdən zəruri məlumatlar əldə etmək;
- Layihələrin effektivliyinin artırılması məqsədi ilə qabaqcıl yerli və beynəlxalq təcrübələrin tətbiqinə dair təkliflər vermək;
- Fondun fəaliyyətinə aid olan məsələlərlə bağlı dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər arasında səmərəli əlaqələndirməni təmin etmək;
- Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatları hazırlamaq və təqdim etmək.
Xüsusi tələblər
- İqtisadiyyat, idarəetmə, mühəndislik və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır);
- PMP, CPM, “Dövlət Satınalmaları” sertifikatları olan namizədlərə üstünlük verilir;
- Layihələrin idarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı olmalı (rus və ingilis dili biliyi arzuolunandır);
- Aşağıdakı proqramlarda yüksək səviyyədə işləmək bacarığı olmalı:
- Microsoft Outlook, Word, Excel, Sharedpoint (Power Point arzuolunandır);
- Trello (və ya digər bu tipli proqramlar).
- Daxili və xarici maraqlı tərəflərlə (steykholderlər) əlaqələrin qurulması, ünsiyyət və kommunikasiya bacarığı olmalı;
- Nəticəyönümlü və punktual olmalı;
- Təşəbbüskar və məsuliyyətli olmalı;
- Stressə davamlı, dürüst və analitik düşünmə qabiliyyəti, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;
- Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığına sahib olmalı;
- Yüksək təşkilatçılıq xüsusiyyətləri olmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığına sahib olmalı.
- İş şəraiti:İş saatları – 09:00-dan – 18:00-dək.
- Şənbə, bazar istirahət günləridir.
- Əmək haqqı:Müsahibə zamanı əlavə məlumat veriləcək.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |